Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda daha 142 nəfər COVİD-19 - a yoluxub



Newscenter.az.15.03.2022 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 243 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 828 nəfər müalicə olunaraq sağalıb, 9 627 nəfər vəfat edib. 1 507 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 454, bu günə qədər isə ümumilikdə 6 640 773 test icra olunub.
Xəbəri paylaş