Newscenter.az.15.03.2022 “Biz daha çox Rusiyadan taxıl idxal edirik”.
Newscenter.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Rusiya hökumətinin ixrac rüsumları 28 dollardan 34 dollara qaldırılıb:
“Ötən il Prezidentin tapşırığı ilə Azərbaycan hökuməti idxalçılara 75 milyon manata qədər subsidiya verib”.
Baş nazir deyib ki, Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var:
“Hökumət bu məsələ ilə məşğul olur. Biz taxıl ehtiyatlarımızı kifayət qədər artırmaqla bağlı çalışırıq. Amma mən detalları burada deməyəcəm”.