Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" rəhbəri Çağrı Mərkəzinə daxil olan müraciətləri özü cavablandırıb



Newscenter.az.15.03.2022. "Azəriqaz" İstehsalat Birliyinin İdarə Heyətinin sədri Ruslan Əliyev bayram günlərində gücləndirilmiş iş rejimində çalışan Birliyin 104 Operativ Xidmət şöbəsinin əməkdaşlarının #iş şəraiti ilə yaxından tanış oldb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı İstehsalat Birliyinin rəhbəri facebook sosial şəbəkə hesabında paylaşıb. Ruslan Əliyev ilaxır çərşənbədə Birliyin Çağrı Mərkəzinə daxil olan bəzi müraciətləri özü cavablandırıb:

"Vətəndaşların ünvanladıqları sualları cavablandırdıqdan sonra özümü təqdim edərək abonentlərimizi də bayram münasibəti ilə təbrik etdim. Bir daha 104 Operativ Xidmət şöbəsinin əməkdaşlarını bayram münasibəti ilə təbrik edərək onlara məsuliyyətli işlərində uğurlar arzulayıram".

Mehman
Xəbəri paylaş