Newscenter.az.15.03.2022. İradənin gücünün nə olduğunu hamı bilir. Bu insanın özünü idarə edə bildiyi və öz arzularına, tamahına güzəştə getmədiyi bir haldır. Amma bəzən iradə keyfiyyətini üzə çıxarmaq olduqca çətindir. Çünki bizim istəklərimiz bizdən daha güclü olur.
Bu gün insanlar arasında “biz həyatda cəmi bir dəfə yaşayırıq və hər şeyin dadına baxmaq lazımdır” fəlsəfəsi olduqca məşhurdur. Belə bir fəlsəfənin fonunda olduqca yerinə düşən bir sual ortaya çıxır: Bəs bizə iradə lazımdırmı? İlk baxışda sual çox axmaq səslənir, axı hər bir sağlam düşüncəli insan dərhal cavab verəcək ki, “əlbəttə iradə mütləqdir”. Amma bəzən onu özündə inkişaf etdirmək olduqca çətindir. Amma özümüzdə idarə gücünü təkmilləşdirməyi öyrənməkdən öncə, gəlin baxaq ki, iradə ümumiyyətlə nədən ötrü lazımdır. Güclü iradə ilk öncə ona görə lazımdır ki, biz və siz özümüzü insan olaraq hiss edək. İradə keyfiyyətləri nümayiş etdirmək ilə insanlıq arasında nə kimi əlaqə vardır, nəyə görə biz iradəli olaraq daha çox insana bənzəyəcəyik? Çünki iradənin gücü ilk növbədə təfəkkür qabiliyyətləri ilə bağlıdır. O nəyin ki, pis vərdişlərdən qurtulmaq, məsələn, siqareti tərgitmək, içki içməyi atmaq və s. üçün, həm də yaxşı tərəfə dəyişməkdən ötrü vacibdir. Əlbəttə, özündə iradə xüsusiyyətlərini inkişaf etdirmək, hətta biz pis vərdişləri atıb, yaxşı tərəfə dəyişmək istədikdə belə heç də asan tapşırıq hesab olunmur.
Məhz bu məqamda köməyə öz şüurunu, mühakimə qabiliyyətini çağırmaq lazımdır. Nəyə görə? Çünki iradə qabiliyyətini inkişaf etdirmək üçün bir tək şiddətli istək və təşəbbüskarlıq kifayət etmir. Lakin, düzgün hərəkət etmək istəyi zəif düşəndə, ağlımızın səsi bizə deyir ki, bunu etməsək bizim heyvandan heç bir fərqimiz olmayacaq, onda ağlımız bizi hər şeyə rəğmən düzgün hərəkət etmək qərarını verməyə məcbur etməlidir. Heç kəs zəif, iradəsiz və hər hansı bir qərar qəbul etmək iqtidarında olmayan insanları sevmir, onlardan xoşlanmır.
Əli İbrahimov-hüquqşünas