Newscenter.az.15.03.2022 Milli Məclis (MM) Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı ilaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib.
Spiker Prezident İlham Əliyev və və Birinci vitse-prezident Mehriban Əliyevaya gələcək fəaliyyətlərində uğurlar və onlara cansağlığı arzulayıb.
Deputatlar isə MM sədrinin təbriklərinə alqışlarla qoşulublar.