Newscenter.az.15.03.2022. Novruz bayramının Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində xüsusi yeri var.Torpağın oyanması,baharın gəlişi xalqımız tərəfindən böyük sevgi ilə qeyd edilir.Novruz bizim milli bayramımızdır.Bu bayramın gözəl mənalarından biri də ondan ibarətdir ki,Novruz bərabərlik,dostluq,qardaşlıq bayramıdır.Bu bayram təkcə təbiətin,ana torpağın oyanması,baharın gəlişi deyil həm də barış bayramıdır.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə xalqımızın digər milli dəyərləri kimi,Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi.Ulu Öndər milli heysiyyəti gücləndirdi.Onu öz şanlı keçmişinə qaytarmaq,adət-ənənələrini yaşatmaq üçün bir sıra tədbirlər həyata keçirdi.
Cənab Prezident İlham Əliyev xalqa müraciətində "Doğma torpaqlarımıza qayıdacağıq,Novruz bayramını işğaldan azad olunannan sonra Qarabağda qeyd edəcəyik"demişdi.Biz artıq Novruz bayramını Qarabağda qeyd edirik.Bu,böyük xoşbəxtlikdir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizin nadir mədəni irs nümunələrinin UNESCO tərəfindən qorunma altına alınması,tanınması istiqamətində həm ölkəmizdə,həm də hüdudlarından kənarda müxtəlif tədbirlər həyata keçirilib.Böyük nüfuz və hörmətə malik olan Mehriban Əliyeva milli-mənəvi dəyərləri ləyaqətlə qorumağı bacarır,ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edir.
Yeni Azərbaycan Partiyası
Abşeron rayon təşkilatının əməkdaşı
Aynur Həsənova