Newscenter.az.15.03.2022. Polşa, Sloveniya və Çexiyanın baş nazirləri Kiyevə gəliblər.
"Report" xəbər verir ki, bu barədə Polşa hökumətinin başçısı Mateuş Moravetski feysbuk səhifəsində bildirib.
"Biz Şərqdə baş verən faciəni mümkün qədər tez dayandırmalıyıq. Ona görə də baş nazirin müavini Yaroslav Kaçinski, Çexiya, Sloveniyanın baş nazirləri Petr Fiala və Janez Yanşa ilə birlikdə Kiyevdəyik", - Moravetski qeyd edib.