Newscenter.az.15.03.2022. Rusiyanın fevralın 24-də başlatdığı müharibədən sonra Ukrayna parlamentinin (Ali Rada) 20-yə yaxın deputatı ölkəni tərk edib.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ali Rada sədrinin birinci müavini Aleksandr Korniyenko məlumat verib.
"Müxtəlif rəqəmlər var, indi dəqiqləşdirməyəcəyəm... 20-yə yaxın xalq deputatı Ukraynada yoxdur”, - o deyib.
A.Korniyenko eyni zamanda, 9 deputatın Avropa Şurasında ezamiyyətdə olduğunu da xatırladıb.
Bildirilib ki, ölkədən qaçan xalq deputatlarının adları Ukrayna Təhlükəsizlik Xidmətinə məlumdur.