Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın "Azov" alayı Rusiya xüsusi təyinatlılarının bir bölməsini məhv edib



Newscenter.az.15.03.2022 “Azov” alayının döyüşçüləri Rusiya ordusunun 22-ci xüsusi təyinatlı briqadasının bölmələrindən birini məhv edib.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Birləşmiş Qüvvələrin Əməliyyatı Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, ukraynalı hərbçilər Mariupolu ələ keçirməyə çalışan Rusiya hərbçilərini zərərsizləşdirir:

“Azov alayının döyüşçüləri Rusiya Federasiyası Silahlı Qüvvələrinin 22-ci Əlahiddə Ümumqoşun Briqadasının bölmələrindən birini məhv edib”.

Eyni zamanda “Azov” alayının keçmiş komandiri və Milli Korpusun Mərkəzi Qərargahının rəhbəri Maksim Jorin öz teleqram kanalında yazıb: “Komanda-qərargah maşını və Rusiyanın piyada qoşunlarının yerləşdiyi ev dağıdılıb. Bu, Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyanın əsgərləri ilə birlikdə “Azov”un 226-cı taborunun nəticələridir. Xarkov vilayəti işğalçıları məhv etməyə davam edir”.

Xatırladaq ki, bu gün “Azov” alayı Mariupol yaxınlığında Rusiyanın xeyli sayda hərbi texnikasını məhv edib. Eyni zamanda alay Rusiya Silahlı Qüvvələrinin bir general-mayorunu zərərsizləşdirib. General-mayorun adı və harada öldürüldüyü açıqlanmayıb.

Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplaya bilmiş “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.
Xəbəri paylaş