Newscenter.az.15.03.2022. Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ümummilli liderimizin adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə olan həssas qayğıkeşliyi Novruz bayramının da xalqın ruhuna uyğun geniş təmtəraqla keçirilməsinə səbəb oldu.
Ulu Öndərin siyasətini layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə milli birlik və həmrəyliyimizi əks etdirən, mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan Novruz bayramının yüksək səviyyədə qeyd olunması xalqın mədəni keçmişinə ehtiramın göstəricisidir. Ölkədə yürüdülən məqsədyönlü və ardıcıl siyasət mənəvi sərvətlərimizin təbliğində də bariz şəkildə hiss olunur.
Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuş, beləliklə, bu bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilmişdir. Bütün bunlar Azərbaycan xalqının həmrəyliyi və milli birliyinin güclənməsinə dövlət səviyyəsində verilən dəstəyin əyani sübutudur.
Gülər Kərimova-YAP Şabran rayon təşkilatının məsul əməkdaşı