Newscenter.az.16.03.2022. Bu ilin yanvar-fevral ayları ərzində hüquq mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1 914 cinayət faktı aşkarlayıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Qeyd olunub ki, həmin faktlardan 686-sı narkotik vasitələrin qanunsuz satışı, 1210-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 12-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.