Newscenter.az.16.03.2022. Paytaxtın ümumi təhsil müəssisələrinin IX siniflərinin şagirdləri üçün buraxılış imtahanı fənn bloku üzrə monitorinq təşkil olunub.
Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış imtahanı fənn bloku üzrə tədris keyfiyyətini daha da artırmaq, məktəb özünüqiymətləndirməsi ənənəsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.
Monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb.
Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.
R.Mehdiyeva