Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO Ukraynaya humanitar missiya göndərə bilər



Newscenter.az.16.03.2022. Ukraynaya NATO-nun humanitar missiyası göndərilə bilər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anitu Anand jurnalistlərə açıqlamasında deyib.

“Bugünkü iclasda bu məsələ müzakirə oluna bilər. Mən böhranın sülh yolu ilə həllinin tərəfdarıyam” - o bildirib.

Bundan əvvəl alyans NATO-nun Ukraynanı dəstəklədiyini, lakin münaqişəyə birbaşa müdaxilə etmək niyyətində olmadığını dəfələrlə bəyan edib.

Qeyd edək ki, bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyans dövlətlərinin müdafiə nazirlərinin toplantısı keçiriləcək.
Xəbəri paylaş