Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Novruz bayramını artıq iki ildir ki, xoş əhval-ruhiyyə ilə qeyd edirik



Newscenter.az.16.03.2022. Hər bir dövləti, xalqı dünyada tanıdan onun milli-mənəvi dəyərləri, adət-ənənələri, mədəniyyəti və elmi potensialıdır. Zəngin tarixə, adət-ənənələrə malik olan Azərbaycan xalqı daim öz tarixi kökləri, milli-mənəvi dəyərləri, zəngin tarixi ilə fəxr edib. Tarixi çox qədim olan Novruz bayramının xalqımız tərəfindən hər il böyük təntənə ilə qeyd olunması da bu bağlılıqdan qaynaqlanır. Dövlətimizin başçısı İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriklərində də daim bu məqam xüsusi qeyd edilir.

Birlik, həmrəylik, bolluq, bərəkət rəmzi olan Novruz bayramını artıq iki ildir ki, xoş əhval-ruhiyyə ilə qeyd edirik. 2020-ci il Azərbaycan tarixinə Qələbə ili kimi yazıldı. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Cıdır düzündə Novruz tonqalını alovlandırmaları qalib xalqın öz tarixi torpaqlarına qayıdışının təsdiqi oldu. Xalqımız bu anı səbirsizliklə gözləyirdi. Cıdır düzündən alovlanan tonqallar xalqımıza 30 illik torpaq həsrətini unutdurub Qələbə sevinci yaşatdı.

“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” deyən Ümummilli Lider torpaqlarımızın işğaldan azad ediləcəyinə tam əmin idi. Bu əminliyə əsas verən Azərbaycanın düşünülmüş siyasəti, ən əsası tarixi faktlara, real məsələlərə əsaslanan təbliğatı və onların uğurlu nəticələri idi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı.

Kökləri İslamdan əvvəlki tarixi dövrə gedib çıxan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Məhz buna görə də 2010-cu il fevralın 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. Novruzun ölkəmizdə bu gün də yüksək səviyyədə qeyd olunması ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı addımların məntiqi nəticəsidir. Hər il olduğu kimi, bu il də Novruz bayramını minlərlə soydaşımız ölkəmizin hüdudlarından uzaqlarda azərbaycançılıq düşüncəsinin işığında, qalibiyyət ruhunda qeyd edir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramının UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur.

Buzovna qəsəbəsi R.İmanov 2A ərazi partiya təşkilatının sədri Mehriban Nadirova
Xəbəri paylaş