Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaradağda Günəş Stansiyasına çəkilən xərc uzağı 2 il ərzində öz geri dönüşünü təmin edəcək

Qaradağda Günəş Stansiyasına çəkilən xərc uzağı 2 il ərzində öz geri dönüşünü təmin edəcək


Newscenter.az.16.03.2022. Qaradağda Günəş Stansiyasına çəkilən xərc uzağı 2 il ərzində öz geri dönüşünü təmin edəcəkdir. Hətta qaz qiymətlərinin yuxarı səviyyəsində bu müddət 1 ilə qədər enə bilər.

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib. O bildirib ki, bu stansiyanın işə salınması 110 milyon qaza qənaət olunmasına gətirib çıxaracaq:

"Bu isə bu günki qaz qiymətlərində 165 milyon dollar deməkdir. Nəzərə alsaq ki sözü gedən günəş stansiyasının tikintisinin 225 milyon dollara başa gəlməsi planlaşdırılır"

Eldəniz Əmirovun sözlərinə görə, hər şey plana uyğun gedərsə bu stansiya həm də regionlara yaxşı bir nümunə olaraq yayıla bilər:

"Bu addımın digər müsbət tərəfləri isə hər stansiya üzrə 50-dək insanın daimi iş yerilə təmin edilməsinə, regionun enerji təhcizatında fasiləsizliyin təmin olunmasına, regionlarda uzun məsəfələr üçün yaradılmalı olan infrastruktur xərclərinə qənaət edilməsinə, atmosferə atılan karbon emissiyalarının azalması kimi bir sıra müsbət təsirləri olacaqdır. Məsələn təkcə Qaradag Günəş Stansiyası fəaliyyətə başlayandan sonra atmosferə 200 milyon ton karbon emissiyasının atılmasının qarşısı alınacaq. Ən əsası isə alternativ enerji zamanın trendidir. Alternativ enerjidən istifadə edənlə ənənəvi enerjidən istifadə edən arasındakı fərq cəmiyyətin bir göstəricisidir"

Mehman
Xəbəri paylaş