Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamənin heç bir hüquqi əsası yoxdur



Newscenter.az.16.03.2022. Avropa Parlamenti tərəfindən “Dağlıq Qarabağda mədəni irsin dağıdılması” adlı, heç bir hüquqi əsası olmayan, reallığı əks etdirməyən, Azərbaycana qarşı qərəzli xarakter daşıyan qətnamənin qəbul edilməsi təəssüf doğurur. Bu qətnamə, Avropa Parlementi tərəfindən Azərbaycana qarşı qəbul edilmiş ilk saxta qətnamə deyil, növbəti qərəzli kağız parçasıdır.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, beynəlxalq hüquq prinsiplərinin pozulduğu, yalan, qərəz, ədalətsizlik prinsipləri əsasında qəbul edilən bu cür qətnamələr regionda sülhün və sabitliyin təmin olunmasına ciddi təhdiddir:

“Otuz ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızda ermənilər tərəfindən Azərbaycanın mədəni, tarixi və dini irsinə qarşı soyqrım həyata keçirilmişdir. Dünya ictimaiyyəti erməni vandalizminin şahidi olsa da, çox təəssüf ki, Azərbaycana qarşı olan törədilmiş Erməni cinayətlərinə Avropa Parlamenti tərəfindən heç bir reaksiya verilməmiş, Azərbaycan tərəfinin faktlar və sübutlar əsasında Avropa Parlamentinə göndərdiyi müraciətlər nəticəsiz qalmışdır. Bütün bu faktlar Avropa Parlamentinin ermənipərəst parlamentarilərin və erməni lobbisinin təsir dairəsində olduğunun, sifarişli və qərəzli qətnamələr qəbul etdiyinin göstəricisidir”.

Ruhiyyə
Xəbəri paylaş