Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada son sutkada 30 minə yaxın insan təxliyə edilib



Newscenter.az.16.03..2022 Ukrayna hakimiyyəti tərəfindən döyüş bölgəsindən humanitar dəhlizlərlə 29 minə yaxın insan təxliyə edilib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Volodimir Zelenskinin Ofis rəhbərinin müavini Kirilo Timoşenko deyib.

Bundan əvvəl Ukraynanın baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib ki, martın 15-də Mariupoldan humanitar dəhliz boyunca 20 minə yaxın insan yola salınıb.

Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev xəbər verib ki, ölkənin silahlı qüvvələri bir sutka ərzində Jitomir, Luqansk, Donetsk və Mariupol istiqamətlərində 36 721 nəfəri təxliyə edib.
Xəbəri paylaş