Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daxili Qoşunların Gəncədəki N saylı hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib



Newscenter.az.17.03.2022. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) arasında Dini radikalizmə qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə maarifləndirmə istiqamətində birgə işin təşkilinə dair imzalanmış Tədbirlər Planı çərçivəsində Gəncədəki N saylı hərbi hissədə “Multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmi” adlı tədbir keçirilib. Newscenter.az xəbər verir ki, tədbirdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, hərbi hissənin zabit və gizir heyəti, eyni zamanda əsgərlər iştirak ediblər.

Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian dini icmasının sifarişi əsasında "Mənəvi intibah" sənədli filminin nümayiş etdirilməsi ilə başlayan tədbirdə çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov dini radikalizm və ekstremizmin yaranma səbəbləri, həmçinin onlara qarşı mübarizənin hüquqi əsasları barədə ətraflı məlumat verib. Ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğu vurğulayan S.Heydərov dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması sahələrində dövlət tərəfindən geniş tədbirlərin həyata keçirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması, ümumbəşəri və multikultural dəyərlərə hörmət aşılanması hər zaman prioritet olub.

Çıxışlardan sonra tədbir iştirakçıları arasında mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Mehman
Xəbəri paylaş