Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstehlaka yararsız 2270 kq dəniz məhsulları məhv edilib



Newscenter.az.17.03.2022. “Food Fish” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 2270 kq dəniz məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə Newscenter.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Sevinc
Xəbəri paylaş