Newscenter.az.18.03.2022. Bu gün "Azəriqaz" İB-nin Metrologiya Departamentində "Elin gözü tərəzidir" aksiyası keçiriləcək.
Newscenter.az xəbər verir ki, aksiya "Azəriqaz" İB yanında İctimai Şura tərəfindən təşkil olunacaq.
Şura sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatının artıq yazması ilə bağlı şikayətlərin daxil olduğunu bildirib. Bu səbəbdən Birlik bir qrup müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışını təmin edəcək.
Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Sevinc