Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" bayram günlərində necə işləyəcək?



Newscenter.az.18.03.2022. “Azəriqaz” İstehsalat Birliyi bayram günlərində də fəaliyyətini əvvəlki kimi davam etdirəcək.

Newscenter.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları 19-27 mart tarixlərində xidmətlərini icra edəcəklər. Abonentlərin qazsız qalmaması üçün ən mühüm xidmətlər, o cümlədən koda düşmüş kartların, qüsurlu ödənişlərin, itirilmiş və yaxud zədələnmiş smart kartların bərpası kimi xidmətlər göstəriləcək. 35 nəfərdən ibarət mühəndis heyəti Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan, Qaradağ və Sabunçu xidmət sahələrində həftə içi saat 10:00-dan 15:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 14:00-dək iş başında olacaqlar.

Abonentlərdən xahiş edirik ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 104/185 saylı “Çağrı Mərkəzi”nə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən bizə yazmaqla məlumat verə bilərlər. Novruz bayramınız mübarək olsun.

Sevinc
Xəbəri paylaş