Newscenter.az.18.03.2022. AXC-Müsavat cütlüyü hakimiyyətləri zamanı ölkəni elə viran gününə salmışdılar ki, düz-əməlli bir sahə qalmamışdı. Ölkə və xalq olaraq bu cütlüyün yarıtmazlığının, səriştəsizliyinin fəsadlarını uzun müddət çəkməli olduq. Ölkədə nə təbii qazla təchizat var idi, nə də ki elektrik enerjisi ilə. Ölkənin enerji təsərrüfatı tamamilə sıradan çıxarılmışdı. Günlərlə işıq yanmır, insanlar axşamalar evlərində lampa işığında oturmaq məcburiyyətində qalırdılar. Axşam olduqda hər yan zülmətə qərq olur, insanların ağır güzəranı daha da ağırlaşırdı. Axşamlar təsadüfən işıq yanar, lakin bu da çox çəkməzdi. “Bala, tez yeməyinizi yeyin, indi işıqlar sönəcək”, “İşıqlar yenə yanası olmadı”, “İşığı vurdular, götürmədi” kimi ifadələr hər evdə adiləşmiş pessimist ifadələr idi. Ölkənin və xalqın gününə bir baxın, daha doğrusu qara gününə! Sözün hər mənasında AXC-Müsavat cütlüyü ölkəni və xalqı qara günə qoymuşdu.
Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbilə hakimiyyətə gəldikdən sonra hər bir sahədə olduğu kimi ölkənin enerji təsərrüfatında, xüsusilə əhalinin elektirik enerjisi ilə təminatı sahəsində də çox ciddi tədbirlər həyata keçirildi və qısa zaman ərzində əhali dayanıqlı elektrik enerjisi ilə təmin olunmağa başladı.
Bu gün isə Azərbaycan artıq elektrik enerjisi ixrac edən edən ölkəyə çevrilib. Azərbyacanda istehsal edilən elektrik enerjisi ekeolji təmiz mənbələr əsasında əldə edilir. Artıq bərpaolunun enerji mənbələri əsasında elektirik enerjisinin istehsalı əsas prioritetlərdəndir. Günəş və külək elektrik stansiyalarının yaradılması, eyni zamanda işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası” elan edilməsi bu istiqamətdə görülən işlədəndir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasəti və uğurlu starategiyası sayəsində bu sahəyə xarici investorlar cəlb edilir, müasir texnologiyalıarın tətbiq edilməsi ilə elektrik stansiyaları yaradılır. Azərbaycanın ən ucqar dağ kəndində belə bu gün günün 24 saatı dayanıqlı elektrik enerjisinin verilişi təmin edilir. Bərpaolunan enerji mənbələrindən istifadə etməklə elektrik enerjisinin istehaslının genişləndirilməsi isə Azərbaycanın ixrac imkanlarını daha da artıracaq. Bu da öz növbəsində ölkəmizin iqtisadi gücünün artması deməkdir. Bir sözlə, bütün bu görülən işlər Azərbaycanın işıqlı gələcəyinin təmin edilməsinə xidmət edir.
Anar Şahmurad-YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı