Newscenter.az.18.03.2022. Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Newscenter.az-ain xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.