Newscenter.az.18.03.2022. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı yerli təşkilatın inzibati binasında “Yeni reallıqlar və bərpa prosesinə gənclərin töhfəsi” adlı açıq diskussiya təşkil edib.
Newscenter.az xəbər verir ki, tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı, YAP–ın Təftiş Komissiyasının üzvü Vüqar İskəndərov, YAP Gənclər Birliyinin üzvləri Ülviyyə Axundova, Emil Aslanov, “Qeyd” İctimai Birliyinin sədri Tural Nurməmmədov və baş katibi Aysel Tahirova, vətəndaş cəmiyyətinin, gənclər birliklərinin nümayəndələri, gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmış və “Dünəndən bu günə böyük töhfə, bu gündən sabaha yeni səhifə” adlı video-çarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov müzakirə iştirakçılarını salamlayaraq ölkə başçısı, YAP–ın sədri cənab İlham Əliyevin gənclərlə sonuncu görüşünə toxunaraq qeyd edib ki, bu görüş yeni nəsilin qarşısında yeni hədəflərin qoyulması ilə də yadda qalmışdır. Daim inkişaf edən və dünyanın müasir çağırışlarına cavab verən Azərbaycan gəncliyi də ölkəmizlə birgə tərəqqi yolunu keçib. Sözsüz ki, yeni reallıqların fövqündə yeni hədəflərin meydana çıxması çox təbiidir. Azərbaycan gəncliyi dövlətimizin qarşısında duran hədəflərin həyata keçirilməsində ciddi pay sahibidir. Yerli təşkilatın sədri xüsusi vurğulamışdır ki, gənclərlə birbaşa görüşlərin keçirilməsi və onların özlərini ifadəsi üçün münbit şəraitin yaradılması gələcək nəsillərin daha mütərəqqi yetişməsinə səbəb olacaqdır.
Milli Məclisin deputatı, YAP–ın Təftiş Komissiyasının üzvü Vüqar İskəndərov gənclərin yetişdirilməsində milli-mənəvi dəyərlərin əhəmiyyətini qeyd edərək deyib ki, Azərbaycan xalqının vətən, namus və yurd sevgisi digər bütün xalqlardan əsaslı surətdə və müsbət mənada fərqlənməkdədir. YAP rəsmisi xüsusi vurğulamışdır ki, heç kimə sirr deyil.
Mehman