Newscenter.az.18.03.2022. Kuzey Kıbrıs Türk Cümhueiyyətinə (KKTC) səfəri çərçivəsində Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) İdarə Heyətinin sədri Hikmət Eren bu ölkənin prezidenti Ersin Tatarla görüşüb.
Newscenter.az xəbər verir ki, görüş zamanı KKTC-də fəaliyyət göstərən universitetlərin türk respublikalarında yaxından tanıdılması, eləcə də Türkiyədəki universitetlərlə akademik, mədəniyyət və sosial sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin görüşdə hər iki ölkədə fəaliyyət göstərən universitetlər arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, Türk gəncliyinin Kuzey Kıbrısı daha yaxından tanıması üçün müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.
NEWSCENTER.AZ