Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistandakı 102-ci Rusiya hərbi bazası Ukraynaya köçürülür



Newscenter.az.18.03.2022. Rusiya Federasiyasının hərbi rəhbərliyi Ukraynadakı döyüş əməliyyatlarında iştirak edən ayrı-ayrı bölmələrin döyüş qabiliyyətinin bərpası istiqamətində səyləri davam etdirərək Ermənistandakı 102-ci Rusiya hərbi bazasından bəzi hissələrin dislokasiyasını planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Rusiya Federasiyasının ayrı-ayrı hərbi qulluqçularının hərbi əməliyyatlarda iştirakdan imtina etməsi faktları, Ukraynanın silahlı qüvvələrinin məğlubiyyəti ilə toqquşmalardan sonra Rusiya hərbçilərinin mənəvi və psixoloji vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədardır. Belə ki, o cümlədən, Cənub Hərbi Dairəsinin 8-ci ümumi ordusunun 20-ci motoatıcı diviziyasının daimi dislokasiya nöqtəsində 130-a yaxın hərbçi döyüş əməliyyatlarında iştirakdan imtina edib.

Düşmənin şəxsi heyəti ruhdan düşüb, intihar, özünə birləşmə halları artıb.

Müsbət nəticələrin olmaması və qarşıya qoyulan tapşırıqların icrasının mümkünsüzlüyü səbəbindən Rusiya Hərbi Hava Qüvvələrinin 45-ci əlahiddə xüsusi təyinatlılar briqadasının komandiri, polkovnik Vadim Pankovun tutduğu vəzifədən azad edilməsi planlaşdırılır. O, Qostomel hava limanında döyüş tapşırığını yerinə yetirməməkdə ittiham olunur", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatında deyilir.
Xəbəri paylaş