Laçına yeni prokuror təyin edilib
Tarix: 18-03-2022, 10:36
Newscenter.az.18.03.2022. Laçın rayonuna yeni prokuror təyin olunub.
"Report"un xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, İlqar Səadətov Laçın rayon prokuroru vəzifəsinə təyin olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a məlumatı təsdiqləyib.