Newscenter.az.18.03.2022. Neftçala sakinini elektrik cərəyanı vuraraq öldürüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Neftçala şəhərində qeydə alınıb. İlkin məlumata görə, şəhər sakini, 1973-cü iltəvəllüdlü Məmmədova Pərvanə Cəbrayıl qızı yaşadığı ünvanda iş görərkən, işlək vəziyyətdə olan su mühərrikindəki elektrik cərəyanı onu vurub.
Qadın hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.
Qeyd edək ki, P.Məmmədova Neftçala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.