Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nərimanov rayonunda Novruz bayramı münasibətilə humanitar yardım aksiyası keçirilib



Newscenter.az.18.03.2022. Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Novruz bayramı münasibətilə Nərimanov rayonunda yaşayan şəhid, qazi və aztəminatlı ailələrə humanitar yardım aksiyası keçirilib.

Newscenter.az xəbər verir ki, aksiya çərçivəsində rayon ərazisində yaşayan 50-dən çox şəhid, qazi və aztəminatlı ailələrə AVRORA Group MMC-nin istehsalı olan gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunub.

Yeni Azərbaycan Partiyasının sədri Samir Vəliyev şəhid, qazi və aztəminatlı ailələrlə görüşərək onları qarşıdan gələn milli-mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz Bayramı münasibəti ilə təbrik edib, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin, əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildirilib, həmçinin, onların ailə üzvlərinin hər zaman dövlətimizin və partiyanın diqqətində olduğunu vurğulayıb. Eyni zamanda, təşkilat sədri müharibə zamanı sağlamlığını itirmiş qazilərimizin və sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin də daim diqqətdə saxlanıldığını qeyd edib.

Şəhid, qazi və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Mehman
Xəbəri paylaş