Newscenter.az.18.03.2022 "Rusiyanın Ukraynaya təcavüzü, eləcə də bundan sonra baş vermiş hadisələr fonunda, rus xalqı imtahandan keçə bilmədi, sinifdə qaldı demək olar".
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Çingiz Şahbazi qeyd edib. Onun sözlərinə görə, sosial şəbəkələrdən məlum olur ki, rus xalqının əksəriyyəti Putinin Ukraynaya qarşı işğalını dəstəkləyir:
"Aydındır. Rusiya, Şimali Koreya deyil. Amma, inanın ki, Rusiyanın siyasi hakimiyyətinin təbliğat maşını, elə Şimali Koreya siyasi hakimiyyəti müstəvisindədir".
Ekspert onu da bildirib ki, rus xalqı xoşbəxt xalqlardan deyil. Məhz buna görə də, gələcəyə şübhə ilə baxarlar:
"Keçmişdən isə daha çox ümidlənərlər. Bunun üçün isə, xalqın əlində kifayət qədər səbəblər var. Ən birinci səbəb, ölkənin siyasi hakimiyyətinin qurduğu sistem və siyasi xetdir".
Mehman