Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ukraynanın Lvov şəhərini raket atəşinə tutub



Newscenter.az.18.03.2022. Rusiya Ukraynanın qərbində yerləşən Lvov şəhərinin bir neçə rayonunu raket atəşinə tutub.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Lvovun meri Andriy Sadovı bildirib.

O raket atəşinə tutulan ünvanları dəqiq deyə bilməyəcəyini vurğulayıb. Mer əlavə edib ki, hava limanının atəşə tutulmadığını isə dəqiq bilir. Raket atəşi nəticəsində itkilər və dəyən ziyan dəqiqləşdirilir.

Xatırladaq ki, Ukraynanın şərqində gedən döyüşlərdən qaçan mülki əhali ölkənin qərb bölgəsinə, o cümlədən Lvova sığınır.
Xəbəri paylaş