Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarkovda yaralanan azərbaycanlı sürücü Moldovaya təxliyə olunub



Newscenter.az.18.03.2022. Ukraynanın Xarkov vilayətində Azərbaycan vətəndaşı TIR sürücüsü Tahirov Samir Seydulla oğlu güllə yarası almışdır. Bir neçə müddətdir həmvətənimiz Xarkov şəhər xəstəxanasında müalicə olunurdu. Hadisə baş verdikdən sonra ölkəmizin Xarkov şəhərində fəxri konsulluğu həmvətənimizin müalicə prosessini diqqət mərkəzində saxlayıb.

Newscenter.az-a fəxro konsulluqdan bildirilib ki, yaralının ilkin dönəmdə vəziyyətinin ağır olması və həkimlərin tövsiyyəsinə əsasən onun müalicəsi Xarkov şəhərində başlanıb və burada davam etdirilib.

Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulluğunun Xarkov vilayət adminstrasiyası və Ukraynanın müvafiq qurumları ilə həyata keçirilən iş nəticəsində bu gün və müalicə edən həkimlərin rəyi nəzərə alınaraq Tahirov Samir Seydulla oğlu təcili tibbi yardım maşını ilə Xarkov şəhərindən Moldova sərhəddinə doğru təxliyyə edilib.

Qeyd edək ki, hadisə baş verəndən həmvətənimizin müalicəsi və onun təxliyyə üçün hazırlanması ölkəmizin Xarici İşlər Nazirliyinin daim diqqət mərkəzində olub.

Xarkov şəhərində vəziyyətin ağır olmasına baxmayaraq ölkəmizin fəxri konsulluğu Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəaliyyətini davam etdirməklə, həmvətənlərimizin üzləşdikləri problemlərin həllinə çalışır.

Mehman
Xəbəri paylaş