Newscenter.az.18.03.2022. “YAŞAT” Fondu, PAŞA Holding və “Bravo” marketlər şəbəkəsinin dəstəyi ilə şəhid ailələri və müharibə əlillərini Novruz bayramı münasibətilə təbrik edib. Bu məqsədlə 6800-dək Novruz sovqatı qutusu hazırlanıb və ailələrə təhvil verilib.
Newscenter.az Fonda istinadən xəbər verir ki, qutulara ərzaq məhsulları, bayram azuqələri yerləşdirilib.
8 mart tarixindən etibarən 3300-dən çox şəhidin valideynləri, həyat yoldaşları və övladları nəzərə alınmaqla 4031 evə və 2700-dən çox müharibə əlilinə Novruz sovqatı çatdırılıb.
“YAŞAT" Fondu mütəmadi olaraq şəhidlərimizin ailə üzvlərinin və müharibə əlillərinin müraciətlərini operativ şəkildə qiymətləndirir və onların müxtəlif ehtiyaclarının qarşılanması üzrə işləri davam etdirir.
Sevinc