Newscenter.az.19.03.2022. Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib.
Newscenter.az HƏP-ə istinadən xəbər verir ki, təbrikdə qeyd edilir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Cənab Prezident !
Novruz Bayramı münasibətilə təbrikiniz mənə çatdırıldı.
Şəxsimə göstərdiyiniz yüksək diqqətinizə görə dərin təşəkkürümü bildirir, xalqımızın qədim bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə xoşbəxtliyi, vətənimizin tərəqqisi və xalqımızın yüksək rifahı uğrunda görəcəyiniz bütün işlərinizdə böyük uğurlar arzulayıram.
Cənab Prezident !
Sizinlə görüşə hazır olduğumu bir daha yüksək diqqətinizə çatdırıram.