Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MMP: "Avropa Parlamenti niyə Şuşanın vəziyyətini görmür?"



Newscenter.az.19.03.2022. Müasir Müsavat Partiyası Avropa Parlametinin qərəzli qərarı ilə bağlı bəyanat verib.

Partiyadan Newscenter.az-a daxil olan bəyanatda deyilir:

"Avropa Parlamentinin sənədində iddia olunur ki, Azərbaycan Qarabağda “erməni mədəni irsini dağıdır”. Hətta Azərbaycanın digər ərazilərində də eyni addımların atıldığı yalanı ortaya atılır. Bu da onu göstərir ki, Avropa dövlətləri keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki ikili standart və riakar siyasətlərini yenə də davam etdirirlər. Onlar Ermənistanın işğaldan sonra Qarabağda törətdiyi dağıntıları, Azərbaycan xalqının minilliklər ərzində yaratdığı tarixi, maddi-mədəni və dini irsini məqsədli şəkildə məhv edildiyini görmürlər? Niyə reallığa göz yumurlar? Amma həqiqəti əks etdirməyən bir fakt barədə qətnamə qəbul edirlər".

MMP bildirir ki, Ordumuzun rəşadəti və şəhidlərimizin qanı bahasına 30 il işğqlda olan torpaqlarımız geri qayıtdı:

"Amma o torpaqlarda insanın yaşadığına aid heç bir iz yoxdur. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında əsl vandalizm həyata keçiriblər. Azad oluman bütün şəhərlərimizə, kəndləriməzə dəyən ziyandan əlavə onlar Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanı talan ediblər. Avropa Parlamenti niyə Şuşanın vəziyyətini görmür? Düşmən 28 il ərzində burada nəinki heç bir tikinti-quruculuq, abadlıq işi aparmayıb, əksinə, bu illər ərzində Azərbaycan xalqına məxsus bütün irsi məhv ediblər. Şəhəri isə talan edərək xarabalığa çeviriblər. Azərbaycan azad olunan ərazilərdə olan vandallığı görməkləri üçün dəfələrlə beynəlxalq qurumlara müraciət etdi. Dövlətimiz bildirdi ki, Azərbaycana faktaraşdırıcı missiya göndərsinlər. Lakin bütün müraciətlər cavabsız qaldı və heç bir nümayəndə gəlmədi. Çünki Qərb nümayəndələri gerçəkləri görmək istəmirlər. Buna görə də onlar indi Azərbaycana qarşı məkirli qərarlar qəbul edirlər".

Partiya hesab edir ki, hansı parlamentin Azərbaycana qarşı qərəzli qərar qəbul etməsindən asılı olmayaraq fakt olduğu kimi qalır:

"Azərbaycan öz torpaqlarını düşmən işğalından azad etdi. İndi də həmin torpaqlarda abadlıq, quruculuq işləri həyata keçirilir. Biz öz yolumuzla, siyasətimizlə getməkdə davam edirik və belə də davam edəcəyik".

Mehman
Xəbəri paylaş