Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayden: “Yeni əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”



Newscenter.az.20.03.2022. “Biz yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”.

Newscenter.az xəbər verir ki, bu fikilər ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə və Azərbaycan xalqına Novruz bayramı münasibətilə təbrikində yer alıb.

“Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”, - Cozef Bayden qeyd edib.
Xəbəri paylaş