Newscenter.az.20.03.2022. “Rusiya Prezdenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüşə Türkiyə ev sahibliyi edə bilər”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) Antalya əyalət təşkilatının genişlənmiş iclasında bildirib.
“Hələ müharibə başlamazdan Rusiya və Ukrayna liderlərinin görüşməsi barədə ilk təklifi biz irəli sürdük. Bu gün prinsipcə iki tərəfin görüşməyə qarşı olmadıqlarını görürük. Bəzi başqa ölkələr də bu istiqamətdə fəaliyyət göstərdi. Bizim üçün ən önəmlisi liderlərin bir araya gəlməsidir. Görüş yeri Türkiyə, başqa yer də ola bilər. Bizim üçün ən önəmlisi iki tərəfin bir araya gəlməsidir” .
Görüşlərin detallarını vasitəçi olduğumuz üçün deyə bilmərik. Ukrayna tərəfsizlik statusu qarşlığında qarant istəyir. BMT Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı Türkiyə və Almaniyanın da tərəfzilik statusuna təminatçı olmasını istəyir”, - Mövlud Çavuşoğlu söyləyib.
O, Türkiyə, Krım tatarı, Ahıska türkü və Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsinə yardım etdiklərini vurğulayıb. Nazir Türkiyənin gücə çevrildiyini qeyd edərək, beynəlxalq aləmdə oyun qurub, oyunu poza bildiklərini söyləyib.