Newscenter.az.20.03.2022. Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Könüllü kəndində qeydə alınıb.
Iki avtomobilin toqquşması nəticəsində, 1964-cü il təvəllüdlü Hüseynova Şəmsiyə Kamil qızı hadisə yerində dünyasını dəyişib, daha altı nəfər, Qazax rayon sakinləri - Turac Kosayeva (1985-ci il təvəllüdlü) və Elxan Kosayev (1985), həmçinin Şəmkir rayon sakinləri - Günay Məmmədzadə (1889), Ülvi Məmmədzadə (1986), Qumru Sultanova (1998) və Nərgiz Məmmədzadə (2017) xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, Kosayevlər bir ailənin, digər xəsarət alanlar və ölən şəxs isə başqa ailənin üzvləridirir.
Faktla bağlı araşdırmalara başlanılıb.