Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyanda güclü külək bir sıra fəsadlar törədib



Newscenter.az.20.03.2022. Salyanda əsən güclü külək bir sıra fəsadlar törədib.

“Report”un Aran bürosunun məlumatına görə, artıq iki gündür əsən güclü külək nəticəsində Salyan şəhərində ağaclar kökündən çıxaraq yola aşıb. Bu səbəbdən nəqliyyatın hərəkəti bir neçə saat məhdudlaşıb.

Eyni zamanda külək rayonun Qardili kənd tam orta məktəbində idman zalının dam örtüyünü uçurub. Rayonun Qarabağlı, Qaraçala, Qızılağac kəndlərində elektrik enerjisi bir müddət kəsilib. Lakin sonra enerji verilişi tam bərpa olunub.

Hazırda rayonda güclü külək davam edir.
Xəbəri paylaş