Newscenter.az.20.03.2022. Milli-mənəvi irsimizin ən qədim yaddaşı və zəngin saxlancı olan Novruz martın 20-də torpağımıza qədəm qoyur. Azərbaycan xalqı əsrlər boyu baharın gəlişini sevinclə, təmtəraqla qarşılayıb. Əcdadlarımız Novruzu oynaq, lətafətli nəğmələr, yaradılışın ilkin atributları – su, od, yel və torpağı təcəssüm etdirən mifoloji görüşlərlə bağlı ayin və mərasimlərlə bəzəyiblər.
Novruz qədim dövrlərdən bərəkət və firavanlığın rəmzi kimi bayram edilib. Bir dönəm siyasi-ideoloji qadağalar bunun üzərinə kölgə salsa da, xalq öz içində bayramın irsinin itməsinə yol verməyib, onu yaşadıb. Qürurla qeyd edirəm ki, məhz Ulu Öndərin sayəsində Respublikamız müstəqilliyini bərpa edəndən sonra xalqımız öz adətlərin, milli dəyərlərin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır.Ulu Öndərin ideyalarına sadiq qalaraq onun siyasətini zənginləşdirən və ölkəmizi inamla irəliyə aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişaf etdirilərək gənc nəsillərə çatdırılmasına dair siyasəti, hərtərəfli diqqət və qayğısı ilə milli birlik və həmrəyliyimizi əks etdirən, mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan Novruz bayramının yüksək səviyyədə qeyd olunması xalqımızın tarixi-mədəni irsinə ehtiramın göstəricisidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindən olmaqla BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixinin “Beynəlxalq Novruz Günü” elan olunması bayramın regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilməsinə şərait yaratmışdır.
Rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapıb. Qloballaşma dalğasının vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bu zamanda Novruz həm də tarixi-mədəni irsə bağlılığımızın ifadəsidir. Onun UNESCO-nun bəşəri irs xəzinəsinə daxil edilməsi, BMT tərəfindən beynəlxalq bayram elan olunması da bizim üçün iftixardır.
Novruz – həyatın yenilənməsi, təbiətin dirçəlişi, ruhumuzun bayramıdır.Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin başçılığı altında müsəlləh Azərbaycan Ordusunun yüksək əzmi, və səyi ilə 30 illlik əsarət acısı Azərbaycan topağlarından, Azərbaycan səmasından yox oldu. Müqəddəs Şəhidlərimizin əmanəti oldu bizə bu zəfərimiz. 44 günlük Vətən savaşının bizə bəxş etdiyi qalibbiyyət hər birimizdə yüksək milli ruhu formalaşdırdı. Artıq ikinci ildir bu bayramı bizi dünyaya məğrur xalq olaraq tanıdan şanlı Zəfərin tariximizə bəxş etdiyi əbədi bahar havasında, qalibiyyət ruhunda qarşılayırıq. Bu qalibiyyət ovqatını bizə yaşadan, Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda edən qəhrəmanları bir daha rəhmətlə anırıq.
Ötən Novruzdan bu yana işğaldan azad olunmuş yurd yerlərimizdə geniş quruculuq işləri başlanıb. İrəlidə bizi daha böyük işlər gözləyir. İnanırıq ki, bu baharın qurub-yaratmaq əzmini artıran havası torpaqlarımızın dirçəlişinə yeni nəfəs, bərpa-quruculuq işlərinə yeni həvəs bəxş etməklə, yurd yerlərimizə Böyük Qayıdışı daha da tezləşdirəcək.Gəlişi ilə sevinc və şadlıq gətirən bahar bayramı qoy hər zaman dövlətimizə və xalqımıza yeni nailiyyətlər qazandırsın.
Bəli bu gün həqiqətən də böyük coşqu və qürur hissi ilə geyd edirik bayramımızı.
Ürəklə deyirik:Qalibiyyət ovqatlı ikinci Novruzumuz mübarək!
Ali Baş Komandan İlham Əliyev, Birinci vitse prezident Mehriban xanım Əliyeva,şəhid ailələri,qazi qardaşlarımız başda olmaqla əziz bayramımız olan Novruz bayramı münasibətilə bütün xalqımı ürəkdən təbrik edir, hər birinizə can sağlığı, uzun ömür və səadətlə, məhəbbətlə dolu xoşbəxtlik arzulayıram.
Aygül Bağırova-AJB üzvü, YAP fəalı