Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi daha 69 nəfər Azərbaycan vətəndaşının vətənə dönməsinə dəstək verib



Newscenter.az.21.03.2022. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Ukraynada davam edən münaqişə fonunda öz vətəndaşlarının təxliyəsini həyata keçirən Azərbaycan hökumətinin səylərinə dəstək verməkdə davam edir.

Newscenter.az xəbər verir ki, BMqT-nin əməkdaşlarının əlaqələndirilmiş işi və Azərbaycan hökuməti ilə əməkdaşlıq sayəsində müharibə gedən Ukraynadan qaçaraq Polşanın Katovitçe şəhərinə pənah gətirmiş daha 69 Azərbaycan vətəndaşı avtobuslarla Buxarest şəhərinə aparılıb. Həmin şəxslər Buxarestə çatan kimi Azərbaycan rəsmiləri onların Bakıya təxliyəsini təşkil edəcək.

Qeyd edək ki, bundan əvvəl BMqT-nin dəstəyi ilə Polşadan təxliyə edilmiş 123 nəfər artıq vətənə çatıb.

Mehman
Xəbəri paylaş