Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən gün qaz təchizatı şəbəkəsinə 42 milyon kubmetr təbii qaz qəbul olunub



Newscenter.az.21.03.2022. Son günlər ölkə ərazisində soyuq və qarlı hava şəraiti ilə əlaqədar təbii qaz istehlakçılarının qaza olan təlabatının tam ödənilməsi üçün "Azəriqaz" İstehsalat Birliyinin qaz təchizatı şəbəkəsinə qəbul olunan təbii qazın həcmi artırılıb.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

Onun sözlərinə görə, ötən gün martın 20-də qaz təchizatı şəbəkəsinə 42 milyon kubmetr həcmdə təbii qaz qəbul olunub ki, bunun da 33 milyon kubmetri əhali, 9 milyon kubmetri isə sənaye xətləri üzrədir: “Müqayisə üçün göstərmək olar ki, ümumi şəbəkə üzrə qəbul 2021-ci ilin 20 mart tarixində qəbul olunan qaz həcmindən 13,5 milyon kubmetr artıqdır. Bu da əhali xətləri üzrə 8,5 milyon kubmetr, sənaye xətləri üzrə 5 milyon kubmetr artım deməkdir”.
Xəbəri paylaş