Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Prezidentin Suqovuşana səfəri bizlərə qürur yaşatdı

Sədaqət Vəliyeva: Prezidentin Suqovuşana səfəri bizlərə qürur yaşatdı


Newscenter.az.21.03.2022. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə hər bir səfəri xalqımız tərəfindən böyük sevinclə qarşılanan xoş bir tarixi hadisəyə çevrilir.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Tərtərin Suqovuşan qəsəbəsinə səfər etməsi, orada bayram tonqalını alovlandırması və dövlət başçımızın Azərbaycan xalqını təbrik etməsi xalqımızın bayram sevincini ikiqat artırmaqla yanaşı, bizlərə qürur yaşatdı:

“Səfər çərçivəsində ölkə başçısı bir sıra təməlqoyma mərasimlərində iştirak etdi. Verdiyi bütün vədləri tamlıqla yerinə yetirən Azərbaycan prezidenti, bu gün, işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı səsləndirdiyi fikirləri reallığa çevirməkdədir”.

Bütün bunlar bir daha ölkə başçımızın qətiyyətinin, sözləri ilə əməlinin vəhdətinin və Azərbaycanımızın qüdrətinin göstəricisidir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, əminliklə demək olarki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sürətli bərpa-quruculuq və infranstruktur layihələri nəticəsində həmin ərazilər cənnətə çevriləcək və ümumilikdə bölgənin hərtərəfli inkişafında mühüm rol oynayacaq:

“Bir daha başda bizi Qarabağımıza aparan, arzularımıza çatdıran Cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva olmaqla, bütün Azərbaycan xalqını qələbə ətirli Novruz bayramı münasibətilə təbrik edirəm, uzun ömür, can sağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram”.

Ruhiyyə



Xəbəri paylaş