Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Koronavirusun insan beyninə təsiri məlum olub



Newscenter.az.22.03.2022. Britaniyanın Huddersfild Universitetinin alimləri koronavirusun beynin immun reaksiyasına təsirini araşdırıblar.

“Report” xəbər verir ki, araşdırmanın nəticələri “Molecular Neurobiology” jurnalında dərc edilib.

Məlum olub ki, SARS-CoV-2-nin insan hüceyrələrinə daxil olmaq üçün istifadə etdiyi sünbül zülalı bədənin qalan hissəsində olduğu kimi beyinin immun hüceyrələrinə də eyni təsir göstərə bilər. Virus beyində çoxala bilməsə də, yaddaş itkisi və beyin dumanlanması kimi bəzi pozğunluqlara səbəb olması mümkündür.

İndi mütəxəssislər koronavirus infeksiyasının beyinə təsir edib-etməməsi, onun gələcəkdə altsheymer və ya parkinson xəstəliyi kimi bəzi neyrodegenerativ xəstəliklərin inkişafına səbəb olub-olmamasını araşdırırlar.
Xəbəri paylaş