Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak ediblər



Newscenter.az.23.03.2022. Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Paradda fəxri qonaq qismində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.
Xəbəri paylaş