Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çində sərnişin təyyarəsi qəzaya uğrayıb



Newscenter.az.21.03.2022. Çinin cənubunda “Boeing-737” markalı sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Məlumata görə, təyyarə Çinin “China Eastern” hava yolları şirkətinə məxsusdur.

Bildirilib ki, təyyarənin göyərtəsində 133 nəfər var.

Hazırda axtarış-xilasetmə işləri aparılır. Təyyarədə olanların hamısının həlak olduğu bildirilir.
Xəbəri paylaş