Neftçalada 23 yaşlı gənc intihar edib
Tarix: 24-03-2022, 11:45
Newscenter.az.24.03.2022 Neftçalada intihar hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Cəngan kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Cəfərov İmamməddin Qulam oğlu yaşadığı həyətdəki yarımtikilidə özünü asaraq intihar edib.
İntiharın səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.