Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vyetnam Hava Yolları Rusiyaya uçuşları dayandırdı



Newscenter.az.24.03.2022 Vietnam Airlines" Hanoy-Moskva marşrutu üzrə uçuşların dayandırılması barədə məlumat yayıb.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, uçuşların dayandırılması aviaşirkətin hava gəmilərinin sığortası ilə əlaqədardır.

Qeyd olunur ki, uçuşlar martın 25-dən növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandıracaq.

Bundan əvvəl martın 15-də Cənubi Koreyanın milli aviaşirkəti "Korean Air" aprelin sonuna qədər Moskva və Vladivostoka bütün uçuşları dayandırıb.

Qeyd edək ki, hazırda çox az sayda xarici aviaşirkət hələ də Rusiyaya uçuşlar həyata keçirir.

"Serbian Air" Avropa ilə Rusiya üçün mövcud olan yeganə hava əlaqəsidir.
Xəbəri paylaş