Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AAYDA rəhbəri Gəncədə vətəndaşları qəbul edəcək

AAYDA rəhbəri Gəncədə vətəndaşları qəbul edəcək


Newscenter.az.25.03.2022. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mart ayının 29-da Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

Newscenter.az-a Agentlikdən bildirilib ki, qəbul saat 11:00-da Gəncə şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

Sevinc
Xəbəri paylaş