Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyanın rus nefti, qazı və kömüründən imtinası dünya iqtisadiyyatı üçün baha başa gələcək

Almaniyanın rus nefti, qazı və kömüründən imtinası dünya iqtisadiyyatı üçün baha başa gələcək


Newscenter.az.25.03.2022. "Avropa İttifaqı üzvlərinin, o cümlədən Almaniya Federativ Respublikasının rus neftindən, qazından və kömüründən imtinası bütün dünya iqtisadiyyatı üçün baha başa gələcək və gəlir də"

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Pərviz Heydərov səsləndirib. Ekspert daha sonra bunları qeyd edib:

"Təkcə bir faktı qeyd edim ki, cari ilin yanvar ayının nəticələrinə əsasən Almaniyanın neftə və qaza görə Rusiyadan 24,1 faiz, kömür sarıdan 49,1 faiz, metal baxımından isə 6,7 faiz asılılığı var. Adı çəkilən ölkənin bu məhsulların Rusiyadan idxalından imtinası ilk növbədə qiymətlərin qalxmasıyla nəticələnəcək".

Pərviz Heydərov onu da deyib ki, onsuz da bilavasitə neft sarıdan defisit qiymətləri yüksəkdə saxlayır:

"O səbəbdən ki, dünya üzrə neft ehtiyatlarının 2/3-nə sahib OPEC+ ölkələri hasilatı tələb olunan səviyyədə artırmaq niyyətində deyillər, ABŞ isə ekoloji və digər cəhətlər səbəbindən karbohidrogen sənayesinə əlavə investisiya sərf etmir, şist sənayesi şirkətlərisə real vəziyyətdən biznesləri nöqteyi-nəzərindən razı olduqlarından qiymətlərin nəyinki enməsində, daha da yüksəlməsində maraqlıdırlar. Odur ki, cari il ərzində 1 barel neftin 250 ABŞ dollarınadək qalxacağı gözlənilir. Çünki ümumən enerjidaşıyıcıları sferasında biznes getdikcə iflic vəziyyətə düşmək üzrə istiqamət götürür. Bazarlarda tənzimləmə rıçaqları funksiyasını itirir. Bu isə digər sahələrə də transformasiya olunma təhlükəsi yaradır".

Mehman
Xəbəri paylaş